Bu gün UEFA İcraiyyə Komitəsinin iclası keçirilib.
Qol.az xəbər verir ki, Moldovanın paytaxtı Kişinyovda təşkil olunan toplanışda avrokuboklar üçün yeni həmrəylik ödənişi modelini təsdiqlənib. Qərara əsasən, avrokuboklarda iştirak edə bilməyən daha çox kluba maliyyə vəsaiti ayrılacaq:
Həmrəylik ödənişi ilə bağlı əsas dəyişikliklər aşağıdakı kimidir:
"Böyük beşliy"ə daxil olmayan bütün ölkələrin milli assosiasiyalarının payının artırılması, İngiltərə, İspaniya, Almaniya, İtaliya və Fransa üçün ödənişlərin məhdudlaşdırılması
UEFA Çempionlar Liqasının qrup mərhələsində təmsil olunan və olunmayan assosiasiyalar arasındakı uçurumun aradan qaldırılması
Bazar paylarının azaldılması və bölgünün tanınan idman prinsipləri əsasında ədalətli aparılması
Dəyişikliyə əsasən, avrokubok iştirakçısı olmayan klublar üçün nəzərdə tutulmuş 140 milyon avroluq həmrəylik ödənişinə turnirlərdən əldə olunmuş ümumi gəlirin maksimum 30 faizi qədər (35 milyon avro) əlavə ediləcək.
Nəticə etibarilə, 2018 - 2021-ci illərlə müqayisədə klublar üçün həmrəylik ödənişi 175 milyon avro təşkil edəcək. İlk "beşliy"ə daxil olmayan assosiasiyalar üçün ayrılan vəsait 132,5 milyon avroya yüksələcək. Bu, əvvəlki ilə müqayisədə təxminən 50 milyon avro - 60% -dən çox artım deməkdir.
Həmrəylik ödənişi barədə dəyişikliklər belədir:
"Böyük 5-liy"ə daxil olmayan bütün ölkələrin milli assosiasiyalarının maddi payının artırılması, “Böyük 5-lik” İngiltərə, İspaniya, Almaniya, İtaliya və Fransa üçün ödənişlərin məhdudlaşdırılması
UEFA Çempionlar Liqasının qrup mərhələsində təmsil olunan və olunmayan assosiasiyalar arasındakı uçurumun aradan qaldırılması
Bazar paylarının azaldılması və bölgünün tanınan idman prinsipləri əsasında ədalətli aparılması
Avrokubok iştirakçısı olmayan klublar üçün nəzərdə tutulmuş 140 milyon avroluq həmrəylik ödənişinə turnirlərdən əldə olunmuş ümumi gəlirin maksimum 30 faizi qədər (35 milyon avro) əlavə ediləcək.
Nəticədə UEFA yarışlarında mübarizə aparmayan klublar üçün 175 milyon avro ayrılacaq. 2018-2021-ci illərdə isə bu məbləğ 130 milyon avroya bərabər idi. Beləliklə, əvvəlki illərlə müqayisədə ayrılan maliyyədə 60 faizədək artım olacağı bildirilib.
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Kvaratsxeliyadan "Qızıl top" şərhi
“Sabah” özünə inamlıdır, yaxşı pressinq edir” - Maykl Karrik
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
Kurtua Millətlər Liqasında oynamayacaq - Açıqlama
"Mançester Siti"dən ərəb klubuna keçdi
"Kəpəz"in kapitanı məşqdə zədələndi
Flik: “Çempionlar Liqasını qazanmağa qadirik”
Haaland Çempionlar Liqasında daha bir əfsanəni geridə qoydu
Lamin Yamal: “19 yaşında kapitan olmaq şərəfdir"
“Qarabağ”la vidalaşdı - Paylaşımı Azərbaycan dilində etdi
Messidən unikal rekord
ÇL-in oyunları bu kanallarda
İtaliya millisinin sabiq hücumçusu B Seriyasında
Okan Buruk "Sportinq"lə bugünkü oyun haqda
Arteta: "Hazırıq və qətiyyətliyik”
"Sabah" hücumçu aldı