"Qarabağ"la oyuna görə "Omoniya"nın matçının vaxtı dəyişdi

"Qarabağ"la oyuna görə "Omoniya"nın matçının vaxtı dəyişdi
XƏBƏR 22 Sentyabr 2021 / 18:18 3454
-  A +

“Qarabağ”ın Konfrans Liqasının qrup mərhələsindəki rəqibi “Omoniya”nın Kipr çempionatındakı matçının saatı dəyişdirilib.

Qol.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Sentyabrın 26-da Nikosiyada “Pafos”a qarşı keçiriləcək görüş öncədən nəzərdə tutulduğu kimi, 21:00-da yox, 19:00-da başlayacaq.

"Pafos”la oyundan sonra “Omoniya” “Qarabağ”la qarşılaşmanın hazırlığına başlayacaq.  Komanda sentyabrın 30-da Nikosiyada "Qarabağ"ı qəbul edəcək.


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner