Ronaldo hamını qabaqlayır

Ronaldo hamını qabaqlayır
XƏBƏR 22 Sentyabr 2021 / 09:52 2479
-  A +

"Forbes" 2021/22 mövsümündə ən çox qazancı olacaq futbolçuların siyahısını açıqlayıb.

Qol.az xəbər verir ki, sıralamaya "Mançester Yunayted"in futbolçusu  Kriştiano Ronaldo rəhbərlik edir.  36 yaşlı hücumçu vergilər çıxılmadan 125 milyon dollar qazanacaq. 

2-ci yerdə PSJ-nin oyunçusu Lionel Messidir - 110 milyon dollar. Onun komanda yoldaşlarından Neymar 4-cü, (95 milyon dollar) Kilian Mbappe isə (43 milyon dollar) 5-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, Ronaldo avqustun 31-i "Mançester Yunayted"lə 2+1 illik müqavilə imzalayıb. 


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner