"Bavariya"da 2 itki

"Bavariya"da 2 itki
XƏBƏR 21 Sentyabr 2021 / 16:14 948
-  A +

"Bavariya"nın futbolçuları Camal Musiala və Sven Ulrayx zədələnib. 

Qol.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 18 yaşlı yarımmüdafiəçi və 33 yaşlı qapıçının ötən gün komandanın məşqi zamanı sıradan çıxdığı bildirilib. Musialanın sağ ayaq biləyinin, Ulrayxın isə sağ dizinin daxili bağlarının zədələndiyi bildirilib. 

Onların yaşıl meydanlara nə vaxt qayıdacağı ilə bağlı məlumat verilməyib. 

Qeyd edək ki, Musiala bu mövsüm  bütün turnirlərdə 7 oyunda 4 qol vurub. Ulrayx isə cəmi 1 matç keçirib.


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner