"Milan"ın qapıçısına "meymun, "zənci" dedilər

"Milan"ın qapıçısına "meymun, "zənci" dedilər
XƏBƏR 21 Sentyabr 2021 / 12:44 2013
-  A +

"Milan"ın qapıçısı Mayk Menyan A seriyasının 4-cü turunda "Yuventus"la oyun (1:1) öncəsi rəqib komandanın azarkeşləri tərəfindən irqçi təhqirlərə məruz qalıb.

Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı qolkiper görüşdən əvvəl isinmə hərəkətlərini yerinə yetirərkən Turin təmsilçisinin azarkeşləri ona "meymun", "zənci" kimi ifadələr səsləndiriblər. Mayk isə onların bu təhqirlərinə cavab verməyib.

Qeyd edək ki, daha əvvəl "Latsio"nun azarkeşləri "Milan"ın digər futbolçusu Temue Bakayokonu irqçi ifadələrlə təhqir etmişdilər.


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner