"Real"da bal ayımı keçirirəm" - Ançelotti

"Real"da bal ayımı keçirirəm" - Ançelotti
XƏBƏR 21 Sentyabr 2021 / 11:59 2318
-  A +

"Real"ın baş məşqçisi Karlo Ançelotti klub haqqında fikirlərini bölüşüb.

Qol.az xəbər verir ki, o,"Marca"ya açıqlamasında Madrid təmsilçisində işləməkdən məmnun olduğunu deyib: "Real"da bal ayı dövrümü keçirirəm. Ümid edirəm ki, uzun illər burada qalacağam. Hər kəs kimi biz də mövsümə müəyyən çətinliklə başladıq. Ancaq klubda inanılmaz dərəcədə müsbət ab-hava var. Komandamızın xarakterinə güvənərək matçlar ərzində oyunumuzu yaxşılaşdıra bildik".

Qeyd edək ki, "Real" bu ilin iyun ayında Ançelotti ilə 3 illik müqavilə imzalayıb. O, 2013-2015-ci illərdə də bu klubda işləyib.


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner