Qiyməti 150 milyon avrodur

Qiyməti 150 milyon avrodur
XƏBƏR 21 Sentyabr 2021 / 10:30 2728
-  A +

"Yuventus"un futbolçusu Matteyis de Liqtin transfer qiyməti məlum olub. 

Qol.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano məlumat yayıb. Bildirilib ki, 2022-ci ilin yayından etibarən De Liqtin müqaviləsindəki təzminat qarşılığında transfer seçimi qüvvəyə minəcək. Onun satış dəyəri 150 milyon avro olacaq. 

22 yaşlı müüdafiəçinin sözləşməsinin müddəti 2024-cü ilin yayına qədərdir. Onun agenti Mino Rayola artıq klubla müqavilənin müddətini uzatmaq üçün müzakirələr aparır. 

Qeyd edək ki, De Liqt 2019-cu ildən Turin təmsilçisində oynayır.


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner