Dadaşov Portuqaliyada ilk qolunu vurdu - Video

Dadaşov Portuqaliyada ilk qolunu vurdu - Video
XƏBƏR 21 Sentyabr 2021 / 09:48 3129
-  A +

"Tondela"da çıxış edən azərbaycanlı futbolçu Renat Dadaşov Portuqaliya çempionatında ilk qolunu vurub.

Qol.az xəbər verir ki, o, 4-cü turda səfərdə "Braqa"ya 1:3 hesabı ilə uduzduqları matçda komandasının yeganə qolunun müəllifi olub. 79-cu dəqiqədə oyuna daxil olan 22 yaşlı hücumçu 7 dəqiqə sonra fərqlənib.

Qeyd edək ki, "Tondela" hazırda turnir cədvəlində 3 xalla 18 komanda arasında 16-cı pillədə qərarlaşıb.


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner