"Qarabağ"la oyun öncəsi əzmkar qələbə

"Qarabağ"la oyun öncəsi əzmkar qələbə
XƏBƏR 21 Sentyabr 2021 / 00:46 3945
-  A +

Kipr çempionatında 3-cü turun oyunları keçirilib.

Qol.az xəbər verir ki, Avropa Konfrans Liqasında “Qarabağ”ın rəqiblərindən olan “Omoniya” doğma meydanda “Doxa” ilə qarşılaşıb.

“Qarabağ”ın rəqibi bu oyundan qələbə ilə ayrılıb – 2:1. 73-cü dəqiqədə hesabda geri düşən, 85-ci dəqiqədə isə azlıqda qalan "Omoniya"  90+3 və 90+8-ci dəqiqələrdə vurduğu qollarla qələbə qazanıb.
 
“Omoniya” 3 turdan sonra 3 xalla 12 kollektiv arasında 9-cu pillədə qərarlaşıb.
 
Qeyd edək ki, “Omoniya” Konfrans Lqasında növbəti oyununu "Qarabağ"a qarşı keçirəcək. Bu görüş sentyabrın 30-da Kiprdə, ikinci qarşılaşması isə noyabrın 25-də Bakıda olacaq.


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner