Ançelottinin 800-cü oyunu

Ançelottinin 800-cü oyunu
XƏBƏR 20 Sentyabr 2021 / 14:50 1488
-  A +

La Liqanın 5-ci turunda "Valensiya" ilə oyun “Real”ın baş məşqçisi Karlo Ançelotti üçün əlamətdar olub.

Qol.az xəbər verir ki, Madrid klubunun 2:1 hesabı ilə qalib gəldiyi görüş italiyalı mütəxəssisin Avropanın əsas liqalarında 800-cü matçı olub. 

O, La Liqada "Real”ın sükanı arxasında 81 oyuna çıxıb. 62 yaşlı məşqçi həmçinin, İtaliyada "Parma" (68), "Yuventus" (84), "Milan" (283) və " Napoli" (53), İngiltərədə "Çelsi" (76) və "Everton"u (58) , Fransada PSJ (57), Almaniyada "Bavariya" nı (40) çalışdırıb.


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner