"Yuventus"la oyunlarda bunu bacaran ilk "Milan"lı

"Yuventus"la oyunlarda bunu bacaran ilk "Milan"lı
XƏBƏR 20 Sentyabr 2021 / 10:55 2537
-  A +

İtaliya A seriyasının 4-cü turunda ötən gecə "Yuventus"la keçirilən oyun (1:1) "Milan"ın hücumçusu Ante Rebiç üçün əlamətdar olub.

Qol.az "Opta"ya istinadən xəbər verir ki, komandasının bərabərlik qolunu vuran serbiyalı futbolçu Turin təmsilçisi ilə görüşlərdə bir ilkə imza atıb.

Rebiç A seriyasında 3 xallıq sistemin tədbiq edildiyi dövrdən (1994/1995 mövsümündən) bəri ardıcıl 3 oyunda "Yuventus"un qapısına qol vuran ilk "Milan"lı futbolçudur.

 Qeyd edək ki, Rebiç bu mövsüm "Milan"ın heyətində 5 oyuna 2 qol vurub, 2 qol ötürməsi edib.


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner