"Təkcə qollarımla deyil..." - Ramon Maçado

"Təkcə qollarımla deyil..." - Ramon Maçado
XƏBƏR 20 Sentyabr 2021 / 00:58 2375
-  A +

“Neftçi”nin hücumçusu Ramon Maçado Azərbaycan Premyer Liqasının 4-cü turunda "Keşlə" ilə matçda (3:0) qol hesabını açmağın sevincini klubun rəsmi saytı ilə bölüşüb. 

Qol.az klubun saytına istinadən xəbər verir ki, braziliyalı futbolçu qolları sıralamaq üçün öz üzərində daha çox çalışacağını deyib:

“Ağ-qara formada meydana çıxdığım ikinci oyunda qol hesabımı açdığım üçün çox xoşbəxtəm. Bu qolun komandamın qələbəsində rol oynaması məni ikiqat xoşbəxt edir. Qolları sıralamaq üçün öz üzərimdə daha çox çalışacağam. Təkcə qollarımla deyil, oyunumla, ötürmələrimlə də faydalı olmaq istəyirəm. Komandamızın imza atdığı 3-cü qol epizodunda mən də fərqlənə bilərdim, amma həmin an daha əlverişli mövqedə olan Mirabdullaya ötürmə verdim. Nəticədə top rəqib futbolçudan İsmayıla qayıtdı ki, o da topu qapıdan keçirdi”.


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner