Namiq Ələsgərovun yeni baş məşqçisi də istefaya göndərildi

Namiq Ələsgərovun yeni baş məşqçisi də istefaya göndərildi
XƏBƏR 19 Sentyabr 2021 / 18:42 4746
-  A +

Millimizin üzvü Namiq Ələsgərovun çıxış etdiyi "Bursaspor" baş məşqçisi Fatih Tekke ilə yollarını ayırıb.

Qol.az xəbər verir ki, bu barədə Türkiyə klubunun rəsmi saytı məlumat yayıb.

44 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Beləliklə, klub bu mövsüm - 6 tur ərzində 2-ci baş məşqçini istefaya göndərib.

Qeyd edək ki, Fatih Tekke avqustun 24-də "Bursaspor"a baş məşqçi təyin olunmuşdu. Onun gəlişindən sonra Bursa təmsilçisi 1-ci liqada 4 oyuna cəmi 4 xal qazanıb.


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner