Əfsanəvi boksçu ölkə prezidentliyinə namizəd oldu

Əfsanəvi boksçu ölkə prezidentliyinə namizəd oldu
XƏBƏR 19 Sentyabr 2021 / 15:34 2702
-  A +

Boks üzrə 8 dəfə dünya çempionu Menni Pakyao Filippin prezidentliyinə namizədliyini irəli sürüb.

Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, 5 ildir senator olan əfsanəvi idmançının namizədliyini Demokratik Filippin Partiyası irəli sürüb.

42 yaşlı Pakyaonu seçkidə çətin mübarizə gözləyir. Bu il iyun ayında keçirilən rəy sorğusunda o, namizədlər arasında 5-ci yeri tutmuşdu.

Qeyd edək ki, Pakyao 2015-ci ildə 1 milyard 250 milyon dollar gəliri ilə "Forbes" jurnalının hazırladığı ən zəngin idmançılar siyahısında ikinci olmuşdu.


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner