Beyl 12 oyunu buraxacaq

Beyl 12 oyunu buraxacaq
XƏBƏR 18 Sentyabr 2021 / 17:58 1835
-  A +

"Real"ın hücumçusu Qaret Beylin zədəsi ciddidir.

Qol.az AS nəşrinə istinadən xəbər verir ki,  La Liqanın 4-cü turunda "Selta" ilə matç öncəsi məşqdə ağır zədə alan uelsli futblçu tibbi müayinədən keçib və onun 2 ay meydana çıxa bilməyəcəyi məlum olub.

Bu isə o deməkdir ki, Beyl "Real"ın qarşıdakı 12 oyununu buraxacaq. O, La Liqada "Valensiya", "Malyorka", "Vilyareal", "Espanyol", "Atletik", "Barscelona", "​​Osasuna", "Elçe" və "Rayo Valyekano" ilə görüşlərdə oynaya bilməyəcək. Çempionlar Liqasında isə Beyl "Şerif"lə bir, "Şaxtyor" la hər iki oyunu buraxacaq.

Maraq üçün onu da qeyd edək ki, Beyl "Real"a keçdikdən sonra artıq 24 -cü dəfədir zədələnir.


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner