"Bursaspor"un baş məşqçisindən Namiq Ələsgərovla xüsusi görüş

"Bursaspor"un baş məşqçisindən Namiq Ələsgərovla xüsusi görüş
XƏBƏR 18 Sentyabr 2021 / 10:36 5222
-  A +

"Bursaspor" baş məşqçisi Fatih Tekke komandanın futbolçusu Namiq Ələsgərovla xüsusi görüş gerçəkləşdirib.

Qol.az xəbər verir ki, bu barədə "Bursaspordabugun" nəşri məlumat yayıb. Bildirilib ki, klubun məşqçi heyəti millimizin üzvünün Türkiyə 1-ci liqasında "Samsunspor"la matçdakı (4:1)  çıxışından məmnun qalıb.

Tekke görüş zamanı Namiqə 4-cü turda "Tuzlaspor"la səfər görüşündə də start heyətdə şans verəcəyini və bunun üçün hazır olmasını söyləyib.

Qeyd edək ki, N. Ələsgərov "Samsunspor"la oyunda 2 qol ötürməsi verib.


Son xəbərlər
topaz banner