Azərbaycanın və “Qəbələ” İdman Klubunun MMA döyüşçüsü Nəriman Abbasov növbəti görüşünü keçirib.
Qol.az xəbər verir ki, idmançı tanınmış döyüşçü Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədovun xatirəsinə həsr olunan turnirdə qüvvəsini sınayıb. Yüngül çəki dərəcəsində “AMC Fight Nights” çempionu olan Abbasov titul döyüşündə rusiyalı keçmiş UFC çempionu Həbib Nurməhəmmədova məxsus EFC-nin (Eagle Fighting Championship) prezidenti Şamil Zavurovla qarşılaşıb.
Rusiyanın paytaxtı Moskvada təşkil olunan döyüşün taleyini ilk raundda həll edən Nəriman texniki nokautla qalib gəlib. İdmançımız bununla da “AMC Fight Nights”ın çempionu titulunu qoruyub.
Bu, Həbib Nurməhəmmədovun yeznəsi olan Zavurovun vida görüşü olub. Nurməhəmmədov Zavurova rəqib kimi azərbaycanlı idmançı Nəriman Abbasovu təklif edib.
Sözügedən görüş isə Abbasovun karyerasında 30-cu döyüş olub. Yalnız üç dəfə uduzan idmançı 27-ci qələbəsini qazanıb.
14 illik həsrət bitdi
65 il sonra qayıtdılar
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov