Sabah Azərbaycan Premyer Liqasında IV tura start veriləcək. “Qəbələ” turun ilk günündə “Səbail”lə görüşəcək.
Qol.az "Qəbələ"nin saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” ev qarşılaşmasını Qəbələ şəhər stadionunda keçirəcək.
Bu, iki komanda arasında 18-ci matç olacaq. Əvvəlki 17 oyunda üstünlük “Qəbələ”nin tərəfindədir. 8 qələbəsi olan “Qəbələ” 5 görüşdən sülhlə ayrılıb. Komanda 4 matçda uduzub. Bu üstünlük top fərqində də əksini tapıb – 29:18. Baqali Dabo “Səbail”ə qarşı görüşlərdə hamıdan çox - 6 qola imza atıb.
“Qırmızı-qaralar” Bakı təmsilçisi ilə 15 dəfə çempionat, 2 dəfə kubokda üz-üzə gəlib. Premyer Liqada 6 qələbə qazanan komanda 5 dəfə bir xalla kifayətlənib. Digər 4 oyunda “Səbail” qalib gəlib. 24 qol vuran “Qəbələ” 16 top buraxıb.
“Qəbələ” 9-cu dəfə “Səbail”lə öz meydanında üz-üzə gələcək. İndiyədək komanda evdəki 8 görüşdə uduzmayıb. 5 qələbəsi olan komanda 3 dəfə heç-heçə edib. Meydan sahiblərinin 15 qol vurduğu görüşlərdə qonaqlar 5 dəfə fərqlənib. “Qırmızı-qaralar” ev oyunlarını qolsuz tərk etməyib.
Xatırladaq ki, sentyabrın 18-də Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Səbail” matçı saat 17:00-da başlayacaq.
14 illik həsrət bitdi
65 il sonra qayıtdılar
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov