Sabah UEFA Konfrans Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində “Bazel” Bakıda “Qarabağ”ın qonağı olacaq.
Qol.az xəbər verir ki, bu, İsveçrə təmsilçisinin ölkəmizə ilk gəlişi deyil.
“Bazel” ilk dəfə 2009-cu ildə rəqib qismində Bakıya gəlib. Həmin vaxt İsveçrə çempionu UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda “Bakı”nın qonağı olmuşdu.
2009-cu il avqustun 20-də baş tutan görüşün 49-cu dəqiqədə Fernando Peres “Bakı”nı hesabda önə keçirmişdi. Lakin Coko Haciyevskinin komandası qələbə hesabını sona kimi qoruya bilməmişdi. 70-78-ci dəqiqələr aralığında 3 qol vuran “Bazel” Bakıdan qələbə ilə qayıtmışdı.
Həmin vaxt təkcə Respublika stadionundakı qarşılaşma deyil, oyundan öncə günorta saatlarında 2 klub rəhbərliyinin iştirakı ilə baş tutan ziyafət, daha dəqiqə desək, “Bakı”nın qonaqpərvərliyi İsveçrə mətbuatında maraqla qarşılanmışdı.
“Bakı” rəhbərliyi qonaqlar üçün yaxtada ziyafət təşkil etmişdi. Daha sonra isə “Bakı”nın prezidenti Hafiz Məmmədov idarə etdiyi “Bentley” ilə “Bazel”in xanım prezidenti Gisela Oerini şəhərimizlə tanış etmişdi. İsveçrə futbolu tarixinə ilk qadın klub prezidenti kimi düşən Oeri 2006-2012-ci illərdə “Bazel”ə rəhbərlik edib. Dünyanın ən zəngin xanımları arasında olan Oeri təkcə ölkəsində deyil, bütün Avropada kifayət qədər məşhurdur. O, 100 mindən artıq əməkdaşı olan “Hoffmann-La Roche” əczaçılıq şirkətinin rəhbəridir.
Xatırladaq ki, cavab oyununda da qələbə qazanan (5:1) “Bazel” Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmışdı. (Futbolxeber.az)
Yuxarı
Həm oyun nəticələri, həm maliyyə göstəriciləri pisləşir
Həftənin hakimləri açıqlandı
Xankəndidə vurulan qollar - Video
“Messiyə belə yox deyərdim”
38 ildən sonra doğma stadionuna qayıtdı
Bu gün Xankəndidə yaşananlar - Şəkillər
“Real”ın ən yaxşısı seçildi
Veteran futbolçu Xankəndi ilə bağlı xatirələrini bölüşdü
“Bu stadionda çox qollar vurmuşam” - Samir Ələkbərov
“Gələn mövsüm çempionluq üçün mübarizə aparacağıq” - Nəcəfov
Tarixi oyunda topa ilk toxunuşu şəhid övladı etdi - Şəkil
“Xankəndi” doğma stadionda ilk oyununa çıxdı
“Real” Tçuameni ilə müqaviləni uzatdı
Azərbaycan millisinin heyəti açıqlandı
Hakimə daş atan futbolçu 8 il futboldan uzaqlaşdırıldı
Kompani səhhətindəki problemlərdən sonra ilk dəfə danışdı
“Real”ın sabiq futbolçusu karyerasını başa vurdu
“Millimizə sürətli vingerlər lazımdır” – Mircavadov
"Sabah”ın futbolçusu məyusluğunu gizlətmədi
Millimizin üzvləri məktəblilərlə görüşdü - Şəkillər
PSJ-dən Markinyos qərarı
İnfantino gizli danışıqlar aparıb
Avropa Klublar İttifaqı UEFA-dan şikayət etdi
Kvaratsxeliya 2026-cı ilin adamı seçildi
"Real" pankarta görə cərimələndi
İtaliya klubu itlə müqavilə bağladı - Şəkil
Kloppun keçmiş köməkçisi baş məşqçi oldu
Avropa çempionatı: Daha 4 boksçumuz 1/4 finalda
Arda Güler “Real”la yeni müqaviləsindən danışdı
Cəzalı olsa da, millinin toplanışını yarımçıq qoymadı
İlin ən yaxşı klubuna namizədlər bilindi
Bellinqemin “Real”dan tələbləri var
Qvardiolanı ABŞ millisinə dəvət etdi
“Qarabağ” Qazaxıstan klubu ilə qarşılaşdı
Premyer Liqada hakimlər 6 səhv qərar verdi