A seriyası klubunu məşhur məşqçi çalışdıracaq

A seriyası klubunu məşhur məşqçi çalışdıracaq
XƏBƏR 15 Sentyabr 2021 / 12:56 3041
-  A +

"Kalyari"nin yeni baş məşqçisinin adına aydınlıq gəlib. 

Qol.az klubun saytına istinadən xəbər verir ki, komandanı Valter Matsari çalışdıracaq. 60 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb. 

Matsarinin son iş yeri "Torino"olub. O, karyerası ərzində "İnter", "Napoli", "Sampdoriya", "Uotford" kimi komandaları da çalışdırıb.

Qeyd edək ki, "Kalyari" hazırda A seriyasının turnir cədvəlində 1 xalla 17-cidir. 


Son xəbərlər
topaz banner