Klub prezidenti "Real"ı boykot etdi - 12 yaşlı oyunçuya görə

Klub prezidenti "Real"ı boykot etdi - 12 yaşlı oyunçuya görə
XƏBƏR 13 Sentyabr 2021 / 09:12 2773
-  A +

"Selta"nın prezidenti Viqo Karlos  Murinyo komandasının "Real"a qarşı səfər matçını izləməkdən imtina edib.

Qol.sz "AS" nəşrinə istinadən xəbər verir ki, buna Madrid təmsilçisinin 12 yaşlı futbolçunu transfer etməsi səbəb olub. Mənbə bildirib ki, Murinyo fəxri qonaq qismində dünənki görüşü yenilənmiş "Santyaqo Barnabeu" stadionundan izləməli idi. Amma o, etiraz olaraq oyuna getməyib. 

Bugünlərdə "Real" yeniyetmələr arasında yarışın ən yaxşı futbolçusu olmuş 12 yaşlı Brayan Buqarini transfer edib. Murinyo isə buna görə "Real"ın prezidenti Florentino Peresi yeniyetmə oyunçuların ticarətində günahlandırıb. O, bu səbəbdən "Real"ın iştirakı ilə keçirilən bütün görüşləri boykot edib.

Qeyd edək ki, La Liqanın 4-cü turunun "Real" - "Selta" görüşündə meydan sahibləri 5:2 hesabı ilə qalib gəliblər.


Son xəbərlər
topaz banner