Yaşar Babayev vəfat etdi

Yaşar Babayev vəfat etdi
XƏBƏR 12 Sentyabr 2021 / 16:02 4468
-  A +

Azərbaycanın veteran futbolçusu Yaşar Babayev dünyasını dəyişib.

Qol.az xəbər verir ki, "Neftçi"nin sabiq oyunçusu 80 yaşında vəfat edib.

Qeyd edək ki, Yaşar Babayev 1966-cı ildə "ağ-qaralar"ın heyətində SSRİ çempionatının bürünc medalını qazanıb.

Keçmiş müdafiəçi ittifaq çempionatlarında 200, kuboklarında isə 19 görüşdə meydana çıxıb.

Y.Babayev 1963-1971-ci illərdə flaqmanın formasını geyinib.


Son xəbərlər
topaz banner