"Arsenal"dan ayrıldı, Braziliya klubuna keçdi

"Arsenal"dan ayrıldı, Braziliya klubuna keçdi
XƏBƏR 12 Sentyabr 2021 / 11:59 2254
-  A +

“Arsenal”dan ayrılan braziliyalı futbolçu David Luisin yeni klubu müəyyənləşib.

Qol.az xəbər verir ki, 34 yaşlı müdafiəçi “Flamenqo”da forma geyinəcək.
 
O, 2022-ci ilin sonunadək Braziliya təmsilçisində çıxış edəcək.

 
Qeyd edək ki, David Luis ötən mövsüm London təmsilçisinin heyətində 30 oyuna çıxıb və 2 qol vurub. 2007-ci ildən Braziliyanı tərk edən oyunçu, həmin dövrdən bəri “Benfika”, “Çelsi”, PSJ və “Arsenal” kimi klubların uğurları üçün çalışıb.
 


Son xəbərlər
topaz banner