"Kumanı Messi belə başa düşmürdü" - Pyaniç

XƏBƏR 11 Sentyabr 2021 / 18:20 2233
-  A +

"Barselona"dan icarə əsasında "Beşiktaş"a keçən Miralem Pyaniç növbəti dəfə Kataloniya klubunun baş məşqçisi Ronald Kumanla aralarındakı problem haqqında danışıb.

Qol.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi Türkiyə mətbuatına açıqlamasında sabiq komanda yoldaşı Lionel Messinin də 58 yaşlı mütəxəssisin fikirlərini anlamadığını deyib:

"Kumanın mənə qarşı davranışları çox qəribə idi. Onu Messi belə başa düşmürdü. Bir neçə dəfə Lionel Messi məndən soruşmuşdu ki, aranızdakı problem nədir? Niyə sənin oynamağına icazə vermir?"

Qeyd edək ki, Pyaniç mövsümün sonunadək İstanbul təmsilçisində çıxış edəcək.

Son xəbərlər
topaz banner