5 ildən sonra Braziliya millisinə qayıtdı

5 ildən sonra Braziliya millisinə qayıtdı
XƏBƏR 10 Sentyabr 2021 / 13:10 5058
-  A +

Braziliyalı futbolçu Halk uzun fasilədən sonra milli komandada oyun keçirib.

Qol.az xəbər verir ki, ölkəsində "Atletiko Mineyro"da çıxış edən 35 yaşlı hücumçu DÇ-2022-nin seçmə mərhələsində ötən gecə Peru ilə görüşün (2:0) meydana çıxıb. O, matçın 84-cü dəqiqəsində oyuna daxil olub.

Halk millidə son oyununu da Peruya qarşı keçirmişdi. O, 2016-cı il, iyunun 12-də Amerika Kubokunda Peru ilə görüşdə oynamışdı.

Qeyd edək ki, 2009-cu ildən Braziliya millisində çıxış edən Halk 48 oyuna 11 qol vurub.


Son xəbərlər
topaz banner