“Fənərbaxça”dan ayrılan futbolçu İngiltərə klubunda

“Fənərbaxça”dan ayrılan futbolçu İngiltərə klubunda
XƏBƏR 10 Sentyabr 2021 / 12:24 3041
-  A +

“Fənərbaxça”dan ayrılan Matias Yorgensenin yeni iş yeri müəyyənləşib.

Qol.az xəbər verir ki, 31 yaşlı danimarkalı müdafiəçi İngiltərənin “Brentford” klubuna transfer olunub.

Bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. "Zanka" ləqəbli mərkəz müdafiəçisi yeni klubu ilə 1 illik müqavilə bağlayıb.

Qeyd edək ki, Yorgensen 2019-cu ildən “Fənərbaxça”da çıxış edirdi.


Son xəbərlər
topaz banner