Qus Hiddink karyerasını başa vurdu

Qus Hiddink karyerasını başa vurdu
XƏBƏR 10 Sentyabr 2021 / 10:28 1827
-  A +

Tanınmış məşqçi Qus Hiddink karyerasını başa vurub.

Qol.az xəbər verir ki, niderlandlı mütəxəssis bunu "Voetbal International" nəşrinə açıqlamasında deyib.

75 yaşlı məşqçi koronavirus pandemiyası səbəbindən son vaxtlar aktiv fəaliyyətdə olmadığını bildirib. O, Dik Advokat kimi etməyəcəyini, futboldan birdəfəlik getdiyini bildirib.

Qeyd edək ki, Hiddink Niderland, Cənubi Koreya, Türkiyə və Rusiya yığmalarını çalışdırıb. O həmçinin, PSV,  "Fənərbağça", "Valensiya", "Real", "Çelsi" və  "Anji" klublarının da baş məşqçisi olub.

 


Son xəbərlər
topaz banner