Fati nə vaxt qayıdır?

Fati nə vaxt qayıdır?
XƏBƏR 9 Sentyabr 2021 / 17:02 2147
-  A +

"Barselona"nın futbolçusu Ansu Fati komandanın növbəti 5 matçını buraxacaq.

Qol.az AS-a istinadən xəbər verir ki, zədəsini yeni sağaldan 18 yaşlı hücumçu hələ yaşıl meydanlara qayıtmağa hazır deyil. Fatinin oktyabr ayındakı ikinci beynəlxalq fasilədən sonra oyunlara çıxacağı bildirilib.

Buna görə də  o, La Liqada "Kadis", "Qranada", "Levante", "Atletiko" və Çempionlar Liqasınıda "Bavariya" ilə oyunlarda meydanda olmayacaq.

Qeyd edək ki, Fati 2019-cu ildən Kataloniya klubunda oynayır.


Son xəbərlər
topaz banner