Almaniya millisinin olduğu təyyarədən təcili eniş

Almaniya millisinin olduğu təyyarədən təcili eniş
XƏBƏR 9 Sentyabr 2021 / 12:59 2075
-  A +

Ötən gecə Almaniya millisini DÇ-2022-nin seçmə mərhələsində İslandiya ilə oyundan sonra Rekyavikdən Frankfurta daşıyan təyyarə qəza təhlükəsi ilə üz-üzə qalıb.

Qol.az "Bild"ə istinadən xəbər verir ki, təyyarə əvvəlcə Rekyavikdən heç bir problem olmadan havaya qalxsa da, uçuş planlaşdırılmış şəkildə getməyib. Nəqliyyat vasitəsi Şotlandiyanın Abroath şəhərinin səmasında olarkən hava limanına təcili siqnal göndərilib. Təyyarədə fövqaladə vəziyyətin olduğu bildirilib. Nəticədə təyyarə Frankfurta yox, Edinburq şəhərinə (Şotlandiya) təcili eniş edib.

Qeyd edək ki, Almaniya millisi ötən gün İslandiya yığmasını 4:0 hesabı ilə darmadağın edib.


Son xəbərlər
topaz banner