İtaliya özünə məxsus dünya rekordunu yenilədi

İtaliya özünə məxsus dünya rekordunu yenilədi
XƏBƏR 9 Sentyabr 2021 / 11:12 2665
-  A +

İtaliya millisi məğlubiyyətsiz oyunlar seriyasını uzadıb.

Qol.az xəbər verir ki, komanda buna ötən gün DÇ-2022-nin seçmə mərhələsində Litvanı darmadağın etməklə (5:0) nail olub. Beləliklə, Roberto Mançininin komandası məğlubiyyətsiz oyunlar seriyasını 37-yə çatdırıb və öz dünya rekordunu yeniləyib. Yığma son dəfə 2018-ci ilin sentyabr ayında Millətlər Liqasında Portuqaliyaya uduzub (0:1). 

İtaliya millisinin bunadək ən yaxşı göstəricisi 1935-39-cu illərdə Vittoro Pozzonun baş məşqçiliyi altında 30 matçlıq məğlubiyyətsiz oyunlar seriyası olub.

Qeyd edək ki, İtaliya millisi ötən tur ardıcıl 36-cı matçında uduzmamaqla Braziliyaya və İspaniyaya məxsus 35 oyunluq dünya rekordunu qırıb.


Son xəbərlər
topaz banner