“Qalatasaray”da braziliyalı futbolçu

“Qalatasaray”da braziliyalı futbolçu
XƏBƏR 9 Sentyabr 2021 / 00:32 2854
-  A +

“Qalatasaray” heyətini yeni futbolçu ilə gücləndirib.

Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi braziliyalı yarımmüdafiəçi Qustavo Assunsaonu heyətinə qatıb.
 
21 yaşlı futbolçu Portuqaliyanın “Famalikan” klubundan satınalma şərti ilə mövsümün sonuna kimi icarəyə götürülüb.
 
Qeyd edək ki, Assunsao Madrid “Atletiko”sunun yetirməsidir. O, 2019-cu ildən “Famalikan”da çıxış edirdi.

Son xəbərlər
topaz banner