"Şakira ilə sevgili olmağa başlayanda..." - Pike

"Şakira ilə sevgili olmağa başlayanda..." - Pike
XƏBƏR 8 Sentyabr 2021 / 17:08 4899
-  A +

"Barselona"nın futbolçusu Jerar Pike  Xosep Qvardiolanın Kataloniya klubunu çalışdırdığı dövrləri xatırlayıb.

Qol.az xəbər verir ki, 34 yaşlı müdafiəçi İspaniya mətbuatına açıqlamasında həmin vaxtlarda mütəxəssislə münasibətlərinin yaxşı olmadığını deyib:

"Bəzən Qvardiola aramızda gərginlik baş verirdi. O, hər şeyə nəzarət etməyi sevirdi. Şakira ilə sevgili olmağa başlayanda Qvardiola ilə aramızda problemlər yaranmağa başladı. Ən çətin dövrlərim Qvardiolanın baş məşqçiliyi altında olub. Klubdan ayrılmağı belə düşünürdüm".

Qeyd edək ki, Qvardiola 2008-2012-ci illərdə "Barselona"nı çalışdırıb.

Son xəbərlər
topaz banner