Azərbaycanın stolüstü tennis yığması Ermənistana qalib gəldi

Azərbaycanın stolüstü tennis yığması Ermənistana qalib gəldi
XƏBƏR 7 Sentyabr 2021 / 21:12 1924
-  A +

Stolüstü tennis üzrə Azərbaycan yığması Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında bu gün mübarizəyə başlayıb.

Qol.az xəbər verir ki, 2-ci qrupda yer alan kişilərdən ibarət yığmamız ilk görüşündə Qırğızıstana 3:0 hesabı ilə qalib gəlib. Daha sonra Rusiyaya eyni hesabla uduzan millimiz Ermənistanı 3:1 hesabı ilə məğlub edib.

Qızlardan ibarət komanda isə 2 oyun keçirib. İlk görüşündə Belarusa 0:3 hesabı ilə uduzan yığma ikinci matçda Qırğızıstana eyni hesabla qalib gəlib.


Son xəbərlər
topaz banner