Balotellinin qardaşı da Türkiyə klubuna keçdi

Balotellinin qardaşı da Türkiyə klubuna keçdi
XƏBƏR 7 Sentyabr 2021 / 18:00 3588
-  A +

Bu yay Türkiyənin “Adana Dəmirspor” klubu ilə müqavilə imzalayan Mario Balotellinin qardaşı Enok Barvua da bu ölkədə çıxış edəcək.

Qol.az xəbər verir ki, 28 yaşlı futbolçu “Menemenspor”a keçib. O, TFF 1-ci liqa klubu ilə 1 illik müqavilə imzalayıb.

Enok Barvua da böyük qardaşı kimi hücumçudur. O, son olaraq İtaliyanın D seriyası təmsilçisi “Karavacco” klubunda oynayıb.


Son xəbərlər
topaz banner