Oblakın yerinə Martines

Oblakın yerinə Martines
XƏBƏR 7 Sentyabr 2021 / 15:30 2994
-  A +

"Atletiko" qapıçısı Yan Oblakla yollarını ayırmağa yaxındır.

Qol.az xəbər verir ki, bu barədə "La Razon" məlumat yayıb. Klub "Barselona"dan Antuan Qrizmannın icarəyə götürülməsindən sonra oyunçuların maaşını ödəməkdə çətinlik çəkir. Ona görə də "Atletiko" Oblakla yolları ayırıb, onun yerinə daha az maaş alacaq futbolçu transfer etməyi planlaşdırır. Madrid təmsilçisi "Aston Villa"dan Emiliano Martinesi almaq niyyətindədir. Baş məşqçi Dieqo Simeone də bu keçidlə yaxından maraqlanır.

Qeyd edək ki, Oblak 2014-cü ildən "Atletiko"da oynayır.

Son xəbərlər
topaz banner