"Neftçi"nin futbolçusuna Bakıya qayıtması ilə bağlı zəmanət verilib

"Neftçi"nin futbolçusuna Bakıya qayıtması ilə bağlı zəmanət verilib
XƏBƏR 7 Sentyabr 2021 / 12:12 3691
-  A +

Qvineya millisinin hərbi çevriliş səbəbindən klublarına qayıda bilməyən oyunçularının problemi yaxında həll olunacaq.

Qol.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Didye Siks danışıb. 67 yaşlı mütəxəssis "Novasports"a açıqlamasında deyib:

"Hazırda narahatlığa əsas yoxdur. Futbolçuların oynadıqları klublara qayıtmaları üçün səy göstəririk. Əminəm ki, problem dərhal həll olunacaq".

Didye Siks Qvineya Futbol Federasiyası prezidentinin sözügedən oyunçular ilə görüşdüyünü və onlara problemlərinin həll olunacağına dair təminat verdiyini də bildirib.

Qeyd edək ki, "Neftçi"nin futbolçusu Mamadu Kane də DÇ-2022-nin seçmə mərhələsindəki matçlar üçün Qvineya yığmasına çağırılan futbolçular arasındadır. Hazırda "ağ-qaralar"ın oyunçusu Bakıya qayıda bilmir.

Son xəbərlər
topaz banner