Dadaşovdan “Şalke”də növbəti qol

Dadaşovdan “Şalke”də növbəti qol
XƏBƏR 5 Sentyabr 2021 / 20:15 3812
-  A +

Almaniyanın Qərb Regional Liqasında 5-ci turun oyunları keçirilib.

Qol.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Şalke”nin ikinci komandası doğma meydanda “Vegberq Beek” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:0.

Rüfət start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının ikinci qolunu da 68-ci dəqiqədə məhz Dadaşov vurub.

Qeyd edək ki, “Şalke 2” bu nəticədən sonra 7 xalla 20 kollektiv arasında 11-ci pillədə qərarlaşıb.

 


Son xəbərlər
topaz banner