Modriç bu oyunu da buraxacaq

Modriç bu oyunu da buraxacaq
XƏBƏR 5 Sentyabr 2021 / 18:11 1022
-  A +

Xorvatiya millisinin kapitanı Luka Modriç daha bir görüşü buraxacaq.

Qol.az xəbər verir ki, zədəsi tam sağalmayan 35 yaşlı yarımmüdafiəçi sentyabrın 7-də Sloveniya ilə keçiriləcək matçda da komandasına kömək edə bilməycək.

Bu barədə Modriçin çıxış etdiyi “Real”ın rəsmi saytı məlumat yayıb. Tibbi personal futbolçuya Xorvatiya millisinə getməməyi məsləhət görüb.

Qeyd edək ki, Modriç sentyabrın 1-i Rusiya, 4-ü isə Slovakiya ilə qarşılaşmada da iştirak edə bilməyib.

Son xəbərlər
topaz banner