Əliyar Ağayev DÇ-2022-nin oyununda

Əliyar Ağayev DÇ-2022-nin oyununda
XƏBƏR 5 Sentyabr 2021 / 14:42 3325
-  A +

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev DÇ-2022-nin seçmə mərhələsinin oyununa növbəti təyinat alıb.

Qol.az UEFA-nın saytına xəbər verir ki, o, 6-cı turun Slovakiya - Kipr matçını idarə edəcək. Zeynal Zeynalov və Akif Əmirəli yan xətt hakimləri, Elçin Məsiyev isə dördüncü hakim qismində yardımçı olacaq.

Qeyd edək ki, sentyabrın 7-də keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.

 


Son xəbərlər
topaz banner