Ayxan Abbasov Abdullah Avcı ilə görüşdü - Şəkillər

Ayxan Abbasov Abdullah Avcı ilə görüşdü - Şəkillər
XƏBƏR 5 Sentyabr 2021 / 11:47 3040
-  A +

"Sumqayıt" Futbol Klubunun baş məşqçisi Ayxan Abbasov təcrübə məqsədi ilə Türkiyə Super Liqası təmsilçisi, hazırda adıçəkilən turnirin lideri olan "Trabzonspor"un düşərgəsinə yollanıb.

Qol.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Qaradəniz təmsilçisinin bir neçə məşqini izləyən Abbasov daha sonra isə həmkarı, adıçəkilən klubun çalışdırıcısı Abdullah Avcı ilə görüşüb və onun iş sistemi ilə yaxından maraqlanıb.

Görüş zamanı Abdullah Avcıya  Ayxan Abbasov tərəfindən "Sumqayıt" Futbol Klubunun "61" nömrəli oyun geyimi təqdim olunub.








Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Son xəbərlər
15.09.25  16:51

FİFA-dan yeni qərar

15.09.25  10:58

“Turan Tovuz”da ilk