"Qəbələ"dən 4 cavabsız qol

"Qəbələ"dən 4 cavabsız qol
XƏBƏR 4 Sentyabr 2021 / 22:11 3940
-  A +

“Qəbələ” Premyer Liqanın III turunun hazırlığını davam etdirir.

Qol.az xəbər verir ki, “qırmızı-qaralar” milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründə yoxlama görüşü keçirib. “Qırmızı-qaralar” I divizionda mövsümün startına hazırlaşan “Qəbələ-2” ilə üz-üzə gəlib. Elmar Baxşıyevin baş məşqçisi olduğu əsas komanda 4:0 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, “Qəbələ” və “Qəbələ-2” beş gün öncə də yoxlama görüşündə üz-üzə gəlib. Əsas komanda həmin qarşılaşmada 4:1 hesablı qələbə qazanıb.


Son xəbərlər
topaz banner