"Real"da xoşbəxt olmadığım doğru deyil"

"Real"da xoşbəxt olmadığım doğru deyil"
XƏBƏR 4 Sentyabr 2021 / 14:29 2028
-  A +

"Real"ın futbolçusu Eden Hazard Madrid təmsilçisindən ayrılacağı haqda yayılan xəbərlərə münasibət bildirib.

Qol.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi "Marca"ya açıqlamasında "kral klubu"nda oynamaqdan məmnun olduğunu deyib:

"Real"da özümü xoşbəxt hiss etmədiyim doğru deyil. Klubda çox xoşbəxtəm. Artıq bilirsiniz ki, futbolçu oynayanda və qol vuranda sevincli olur. İndiyədək o qədər də meydana çıxmırdım və tez -tez qol vurmurdum. Amma bu, kluba olan sevgimə təsir etmir".

Qeyd edək ki, Hazard 2019-cu ildən "Real"da çıxış edir.


Son xəbərlər
topaz banner