"Onlar Azərbaycanla oyunadək hazır olacaqlar"

"Onlar Azərbaycanla oyunadək hazır olacaqlar"
XƏBƏR 4 Sentyabr 2021 / 12:43 1741
-  A +

Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsindəki rəqibi Portuqaliya yığmasının baş məşqçisi Fernandu Santoş yığmamıza qarşı keçiriləcək oyundan öncə zədəli futbolçularının durumundan danışıb.
 
Qol.az xəbər verir ki, təcrübəli mütəxəssis bunları söyləyib:
 
“Juan Palinya və Pepe Qətərlə yoxlama matçında iştirak etməyəcək. İrlandiya oyunda xəsarət alan bu iki oyunçunun zədəsi elə də ciddi deyil. Həkimlər heyəti onların 2-3 günə tam hazır olacağını söyləyib. Hər ikisi Azərbaycanla matçadək bərpa olunacaq".
 
Qeyd edək ki, sentyabrın 7-də Bakı Olimpiya Stadionunda oynanılacaq Azərbaycan - Portuqaliya oyununa saat 20:00-da start götürəcək.

Son xəbərlər
topaz banner