Uruqvaylı hücumçu "Fənərbaxça"da - Rəsmi

Uruqvaylı hücumçu "Fənərbaxça"da -  Rəsmi
XƏBƏR 2 Sentyabr 2021 / 21:00 3724
-  A +

“Fənərbaxça” uruqvaylı hücumçu Dieqo Rossinin transferini tamamlayıb.

Qol.az xəbər verir ki, İstanbul təmsilçisi 23 yaşlı forvardı ABŞ-ın “Los Anceles Qalaksi” klubundan 1 illik icarəyə götürüb.

Bu barədə "Fənərbaxça"nın rəsmi saytı məlumat yayıb. Müqavilədə satınalma şərti də yer alıb. Rossi yeni komandasında 9 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Dieqo Rossi 2018-ci ildən “Los Anceles Qalaksi”də çıxış edirdi.


Son xəbərlər
topaz banner