Fransa millisi Jirunu da itirdi

Fransa millisi Jirunu da itirdi
XƏBƏR 2 Sentyabr 2021 / 18:50 2353
-  A +

Fransa millisi daha bir futbolçusunu itirib.

Qol.az xəbər verir ki, Olivye Jiru koronavirusa yoluxub. Bu barədə hücumşunun çıxış etdiyi "Milan" klubun mətbuat xidməti məlumat yayıb.

Jiru Fransa yığmasının DÇ-2022-nin seçmə mərhələsindəki növbəti iki matçını buraxacaq. Komanda sentyabrn 4-də Ukrayna, 7-də isə Finlandiya ilə qarşılaşacaq. 

Qeyd edək ki, “Bavariya”nın futbolçusu Korenten Tolisso da yığmadan kənar qalıb. O, zədə üzündən komandaya qoşulmayıb. PSJ-nin hücumçusu Kilian Mbappe də zədəlidir. Ancaq onun qarşıdakı görüşlərdə oynayıb-oynamayacağı məlum deyil.


Son xəbərlər
topaz banner