"Qarabağ"ın oyunu zamanı yıxılan azarkeş öldü

"Qarabağ"ın oyunu zamanı yıxılan azarkeş öldü
XƏBƏR 2 Sentyabr 2021 / 16:55 4059
-  A +

UEFA Konfrans Liqasının pley-off mərhələsində Şotlandiyada keçirilən "Aberdin" -  "Qarabağ" oyunu zamanı yıxılan yerli komandanın azarkeşi Uotson Smit dünyasını dəyişib.

Qol.az Şotlandiya mətbuatına istinadən xəbər verir ki, 71 yaşlı azarkeş müalicə aldığı xəstəxanada vəfat edib.

Qeyd edək ki, "Qarabağ" "Aberdin"lə səfər matçında 3:1 hesabı ilə qalib gələrək qrup mərhələsinə yüksəlib.


Son xəbərlər
topaz banner