"Ronaldonun Azərbaycana getməsinin mənası yoxdur" - Santuş

"Ronaldonun Azərbaycana getməsinin mənası yoxdur" - Santuş
XƏBƏR 2 Sentyabr 2021 / 12:56 3676
-  A +

Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş komandanın kapitanı Kriştiano Ronaldonun DÇ-2022-nin seçmə mərhələsində yığmamızla oyun öncəsi cəzalı duruma düşməsinə münasibət bildirib.

Qol.az xəbər verir ki, 36 yaşlı hücumçu dubl etdiyi İrlandiya ilə matçda (2:1) sarı vərəqə limitini doldurduğu üçün Azərbaycana qarşı oynamayacaq.

66 yaşlı mütəxəssis görüşdən sonra mətbuat konfransında Ronaldonun durumu ilə bağlı deyib: "Ronaldonun heyətdə qalıb-qalmayacağına qərar verəcəyik. 24, 25 oyunçumuz var. O, Azərbaycana getməyəcək, bunun heç bir mənası yoxdur".

Qeyd edək ki,  Portuqaliya millisi sentyabrın 7-də Azərbaycanın qonağı olacaq.


Son xəbərlər
topaz banner