“Matçda iki fərqli hissə gördük. Birinci hissədə komandamız çox zəif çıxış etdi. Pərakəndə oynayırdılar. İkinci hissədə isə daha kompakt çıxış etdilər. Komanda birinci hissədə də belə oynasaydı, bəlkə də biz Lüksemburqa qalib gələrdik”.
Bu sözləri Qol.az-a açıqlamasında AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov ötən gün Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsində Lüksemburqa uduzduğu görüş (1:2) barədə danışarkən deyib. Mircavadov yığmamızın matçın 2-ci hissəsində yaxşı oyun sərgilədiyini vurğulayıb:
“Bu, futboldur. Hərdən elə olur ki, ilk hissədə oyunçular özlərinə gələ bilmirlər. Çünki çoxdandır - bir neçə aydır ki, yığma ilə birgə oynamırlar. Üstəlik sentyabr ayı futbolda çətin aydır. Ona görə də futbolçular özü güclü hazırlaşmalı idilər. Mən ikinci hissədəki çıxışımızdan razı qaldım. Komanda normal futbol sərgiləyirdi. Qol vəziyyətlərimiz oldu. Emin Mahmudov cərimə zərbəsindən gözəl qol vurdu. Mən qrupun digər matçının da videoicmalına baxdım. O oyunda İrlandiya əvvəlcə 1:0 hesabı ilə qalib gəlsə də, qarşılaşmanın sonlarına yaxın Ronaldo başla qollar vurur. İrlandiya öz mövqe səhvlərinə görə 6 dəqiqəyə 2 qol buraxır. Yəni, biz şanslarımızdan yararlanıb, Lüksemburqdan xal almalı idik”.
Mircavadov baş məşqçi Canni de Byazinin start heyət üçün seçimi ilə əlaqədar tənqid olunması ilə bağlı suala isə belə cavab verib: “Biz komandanın içində deyilik. Daxilini bilmirik”.
AFFA Məşqçilər Komitəsinin üzvü komandanın görüşün ikinci hissəsindəki yaxşı çıxışını ehtiyatda olan oyunçuların - Mahir Emrelinin, Namiq Ələskərovun və Rəhim Sadıxovun meydana çıxması ilə əlaqələndirib:
“Komanda əvəzetmələrdən sonra gücləndi. Düzdür, biz yığmanın daxilində deyilik. Ola bilər ki, Mahir yığmaya gec və ya tez qoşulub. Buna görə start heyətdə yer almağa hazır olmayıb. Bunların heç birini bilmirik. Amma ikinci hissədə əvəzetmələrdən sonra hiss olundu ki, milli futbol oynayır. Ümumiyyətlə, oyun başlananda biz meydanda görməliyik ki, komanda nə istəyir, necə və hansı mövqedən qol vuracaq. Birinci hissədə futbolçuların çoxunun ayağında top qalmırdı, normal hücuma çıxa bilmirdilər. Lakin ikinci hissədə Mahirin də, Namiqin də, Rəhim Sadıxovun da meydana çıxmasından sonra yaxşı oynadılar. Amma bir epizod var idi ki, Sadıxov topu özündən kənarda çox saxladı. Nəyi gözləyirdi, niyə saxlayırdı, başa düşmürəm. Sonra topu Mahirə göndərdi. Mahir isə həmin epizodda çox asta hərəkət etdi, topa çatmadı. Elə məqamlar var ki, orada təcrübə, ustalıq səviyyəsi lazım gəlir. Təəssüf ki, dünənki oyunda bizdə alınmadı”.
A. Mircavadov Azərbaycan millisinin sentyabrın 4-ü İrlandiya ilə, 7-si isə Portuqaliya ilə keçirəcəyi matçlar barədə də danışıb: “İrlandiya ilə oyun çox ağır olacaq. Lüksemburqla matçdan kəskin fərqlənəcək. Onlar tam başqa futbol oynayırlar. Amma Lüksemburqla görüşdə ikinci hissədəki çıxışımız mənə çox ümid verdi. Düşünürəm ki, bizim futbolçularımız həm İrlandiya, həm Portuqaliya ilə qarşılaşmada yaxşı oyun sərgiləyəcəklər”.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı