İrlandiya - Azərbaycan oyununun hakimləri bilindi - Qadın referi də var

İrlandiya - Azərbaycan oyununun hakimləri bilindi - Qadın referi də var
XƏBƏR 2 Sentyabr 2021 / 12:24 2515
-  A +

DÇ-2022-nin seçmə mərhələsində keçiriləcək İrlandiya - Azərbaycan oyunu üçün hakim təyinatları açıqlanıb.

Qol.az UEFA-nın saytına istinadən xəbər verir ki, matçı Fransa Futbol Federasiyasından Jerom Brisard idarə edəcək. Ona  Benjamin Peyc və Kristof Fincin kömək göstərəcək. Dördüncü hakim funksiyasını Mikael Lesaj yerinə yetirəcək.

VAR hakimi isə qadın referi Stefani Frappar olacaq.

Qeyd edək ki, sentyabrın 4-də keçiriləcək İrlandiya - Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 20:00-də başlayacaq.


Son xəbərlər
topaz banner