İlk təmsilçilərimiz mübarizəyə başlayır - MDB Oyunları

İlk təmsilçilərimiz mübarizəyə başlayır - MDB Oyunları
XƏBƏR 2 Sentyabr 2021 / 10:57 1537
-  A +

Bu gün Azərbaycanın ilk təmsilçiləri Rusiyanın Kazan şəhərində keçiriləcək I MDB Oyunlarında mübarizəyə start verəcək.

Qol.az xəbər verir ki, ilk olaraq kişi boksçular mübarizəyə başlayacaq

 Ramal Yolçuyev (46 kq) Temirxan Daniarovla (Qırğızıstan), Tağı Nəsibov (48 kq) Vadim Veçerski (Belarus) ilə, İbrahim Zeynalov (50 kq) Muinxon Mavlonovla (Tacikistan), Məhəmmədəli Qasımzadə (54 kq) Farrux Tulaqanovla (Özbəkistan), Ziya Həsənov (66 kq) isə Vladislav Kuznetsov (Belarus) ilə döyüşəcək.

Qarşılaşmalar Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

Qeyd edək ki, I MDB Oyunlarına sentyabrın 11-də yekun vurulacaq.


Son xəbərlər
topaz banner